Deputatın ərkösöyün qızının baxçasında nələr baş verir?

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçası ilə bağlı qalmaqal davam edir. Bakı sakini Mehriban Fərruxlu bu dəfə Günay Ağamalıdan prokurorluğa şikayət etmək niyyətindədir. Oxuculara aydın olsun deyə xatırladırıq ki, Mehriban Fərruxlunun 4 yaşlı qızı Firəngiz Fərruxlu ötən il noyabrın 23-də “Buta” bağçasında çarpayldan yıxılaraq ayağını sındırıb.
Deputat öz səlahiyyətlərindən istifadə edərək ekspertizanın rəyinə belə təsir göstərə bilib.
Sən demə Firəngiz İsmayılovanın xəsarətləri öz ehtiyasızlığı üzündən yıxılması nəticəsində əmələ gələ bilər.
Hər halda bu yaşda olan uşaqların ehtiyatlı olub-olmamaq barədə bəlkə də ibtidai təsəvvürü belə, yoxdur.
Siz hələ qəddarlığa baxın ki,ilkin tibbi yardım belə göstərməyiblər.
Bir müddət əvvəl isə Türkiyə vətəndaşı Abdurrahman Kumaşın 7 yaşlı daun sindromlu övladının “Buta”da xəsarət alması ilə bağlı məlumat yayılmışdı. Bu məsələnin də ört-basdır edildiyi barədə iddialar var.
Sözümün canı odur ki, deputat və qızı uşağın anasının kiməsə borcu var deyib,onu sosial şəbəkələrdə saxta profillərlə paylaşırlar.
Gunay Agamali siz, uşağa kömək etmək əvəzində onun anasını ləkələməklə məşğulsuz?.
Müəllif: Arifə Əiyeva -Fb