Denver aeroportunda güclü qar səbəbindən 500-dək reys ləğv olunub

Manşet QALMAQAL
Spread the love
ABŞ-ın Kolorado ştatının Denver beynəlxalq aeroportunda güclü qar səbəbindən 500-ə yaxın reys ləğv olunub.
DunyaninSesi ABŞ KİV-lərinə istinadla xəbər verir ki, aeroport ərazisində qarın qalınlığı 18 santimetrə çatıb. Hava limanının nümayəndəsi Aleks Renteria vəziyyətin mindən çox sərnişinə təsir edəcəyini deyib.
Güclü qar səbəbindən regionda məktəblər və müəssisələr, həmçinin bir sıra avtomobil magistralları bağlanıb. Yerli hakimiyyət orqanları əhalini şəxsi nəqliyyatdan istifadə etməməyə çağırıb.
Meteoroloqların məlumatına görə, əlverişsiz hava kütlələri axşam saatlarında şərq istiqamətində Kanzasa doğru hərəkət etməyə başlayıb, lakin cümə günü Denverə yenidən qar yağacağı gözlənilir.