
Daşkəsəndə məskunlaşan Kəlbəcərli sesçicilər Aqil Məmmədovu deyirlər – (Foto+Video)
Yanvarın 21-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədi Aqil Məmmədov Daşkəsən rayonun Quşçu kəndində məskunlaşan Kəlbəcərli seçicilərlə növbəti görüş keçirib.
Quşçu kəndinin Mədəniyyət evində keçirilən tədbirlə əlaqədar YAP Kəlbəcər Rayon Təşkilatında yaradılmış seçki qərargahının üzvləri ilə yanaşı Kütləvi İnformasiya Vasitələtinin nümayəndələridə iştirak edib.Tədbir öncəsi Daşkəsən rayonun sözügedən kəndlərində məskunlaşan seçicilərdən 123 saylı DSK nəzdində qeydə alınmış namizədlər arasında kimə səs verəcəkləri ilə bağlı seçicilərdən münasibət öyrəndik.Görüşdə iştirak edən sakinlər birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini və bununlada ölkəmizin inkişafına öz töhfələrini verəcəklərini bildiriblər.Daşkəsən rayonun Çovdar Kəndində məskunlaşan Kəlbəcər rayonun Keştək kənd sakini Kərimov Rasim Bəhlul oğlunun “DunyaninSesi.AZ” saytına vermiş olduğu həmin videomüsahibəni də təqdim edirik.
Ərşad İbrahimli