
Daşkəsəndə DYP əməkdaşı vətəndaşlara qarşə “dələduzluq” edib? – VİDEOFAKT
“Asayiş keşikçisi olan polis əməkdaşı kamera qarşısında çıxaraq etiraf edir ki, sizdən 5100 mamant pul almışam.Yay biçimi fəslində sizə 28 ton arpa verəcəm”.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayonun Yolqular Kənd sakini Rzayev Rəcəb tərəfindən göndərilmiş olduğu videofaktda qeyd edilib.
Belə ki, 2021-ci ilin fevral-mart aylarında Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin əməkdaşı polis sejantı Qacayev Əmirxan Raqif oğlu Goranboy rayonun Qaradağlı kəndinin ərazisndə olan Maşallah adlı şəxsin yeməkxanasına gələrək şikayətçi R.Rzayevdən 5100 manat pul alıb.Polsi əməkdaşı üzərinə öhdəlik götürüb ki, biçində sizə 28 ton arpa verəcəm.Yuxarıda qeyd edilənləri polis kamaera qarşısında da etiraf edib.Həm də Əmirxan Qocayev şikayətçinin oğlunu işə düzəltmək adıyla ondan kart hesab nömrəsinə pul vəsaiti də köçürtdürüb.Bu azmış kimi müxtəlif vaxtlarda Goranboy sakinlərinin etibarından sui-istifadə etməklə onları pensiya çıxaracağına söz verərək müəyyən məbləğlərdə pul vəsaiti ələ keçirməyi də bacarıb.
Hazırda şikayətçi bildirir ki, Dövlət Yol Polisinin əməkdaşı nə arpanı verir nə də ki, almış olduğu pul vəsaitini.
Məcburiyyət qarşısında qalan Goranboylu sakin mətbuat vasitəsi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyindən ona köməkdarlıq etməsini xahiş edir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Goranboy sakinlərinin video – şikayətlərini təqdim edirik:
Dünyanınsəsi.Az