
Con Kirbi: “İran bölgədə sabitliyi pozan ölkədir”
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji Əlaqələr üzrə koordinatoru Con Kerbi İran hölumətini bölgədə sabitliyi pozan əsas amil adlandırıb.
O, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətindəki cəhdlərə də toxunub.
“Əgər bu Səudiyyə xalqının və regionda mövcud olan amerikalıların təhlükəsizliyinə gətirib çıxararsa, bunu alqışlayırıq”,- Kirbi bildirib.
O, İran hökumətinin öz xalqına qarşı amansız repressiyalara əl atdığını deyib və bununla yanaşı bölgədə terrorçu qruplaşmalara, o cümlədən Həmas, Hizbullah, Yəmən husiləri və başqa qanunsuz silahlı dəstələrə yardım etdiyini bildirib.
“Bununla yanaşı bu hökumətin Rusiyaya pilotsuz təyyarələr göndərdiyi və Ukrayna xalqının öldürülməsində iştirak etdiyini də unutmayın”,- Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji Əlaqələr üzrə koordinatoru qeyd edib.