Çindəki etirazlarla bağlı yeni detal

DÜNYA Hit
Spread the love

Xəbər verdiyimiz kimi Çinin bir çox şəhərində xalq küçələrə axışaraq hakimiyyəti və onun lideri Si Cipini istefaya çağırıb.

Dünyanınsəsi.Az xəbər verir ki, etirazlarla bağlı yeni detallar ortaya çıxıb. Son məlumatlara görə, nümayişlərin alovlanması uyğur türkləri ilə bağlıdır. Belə ki, bir neçə gün öncə Urumçidə karantin elan edilən məhəllədə çıxan yanğın nəticəsində 10 nəfər ölüb.

Vətəndaşlara, yanğın baş verdiyi halda belə bayıra çıxmağa icazə verilməyib. Bu isə insanların qəzəbinə səbəb olub.

İnsanlar yanğında həlak olan uyğur türklərinin xatirəsinə şam yandıraraq, rejimə nifrət püskürüblər.

Uyğur türklərinə ən böyük dəstək isə pandemiyanın başladığı ilk nöqtədən – Uhandan gəlib. Onlar baş verən faciəyə görə Kommunist Partiyasını istefaya səsləyiblər.

Dünyanınsəsi.Az