Çin Uyğur bölgəsində yüzdən çox nüvə raketi yerləşdirir

HADİSƏ Hit
Spread the love

Çin hakimiyyəti qitələrarası ballistik raketlər üçün yüzdən çox yeni şaxtanın tikintisini aparır. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzeti Amerika Alimlər Federasiyasının  (Federation of American Scientists, FAS) ekspertlərinə istinadən yazır.

 

Çinin yeni nüvə raketi şaxtaları tikdiyini peyk fotoları əsasında müəyyən etmək mümkün olub. FAS nümayəndələri bildiriblər ki, Sincan-Uyğur muxtar bölgəsində qitələrarası ballistik raketlər üçün 110 yeni şaxta meydana çıxacaq. Bu raketlər bir qayda olaraq nüvə başlıqları ilə təchiz edilir.

 

“Insider” nəşri bununla bağlı qeyd edir ki, Çinin yeni nüvə raketi şaxtaları tilməsi bu ölkənin  ekspansiyasiya siyasətinin daha da genişlənməsinə səbəb olacaq. Belə ki, belə şaxtaların mövcudluğu Çinin ABŞ və Rusiya ilə müqayisə olunacaq nüvə nəhənginə çevrilməsinə gətirib çıxaracaq. Lakin digər ekspertlərə görə, belə şaxtalar olduqca əlçatandır, yəni onları cavab zərbələri ilə məhv etmək asandır. Bu baxımdan Çinin Uyğur bölgəsində yerləşdirəcəyi yeni raketlər başqalarını “qorxutmağa” bəs etməyəcək.

İyulun əvvəllərində “The Washington Post” qəzeti Çinin Qansu əyalətində daha 119 raket şaxtası tikdiyini yazmışdı. Bu da ekspertlərin və yüksək rütbəli amerikalı rəsmilərin narahatlığına səbəb olmuşdu. Dövlət Departamenti bildirmişdi ki, ABŞ Çinin nüvə proqramını genişləndirməsini narahatlıqla izləyir.

Dünyanınsəsi.Az