Çin Trampın Honkonqla bağlı qəbul etdiyi sanksiyalar paketinə cavab olaraq ABŞ QHT-lərinə, o cümlədən “Human Rights Watch” təşkilatına qarşı sanksiya tətbiq edib.
DunyaninSesi xəbər verir ki, bu açıqlama ilə Çin XİN rəsmi nümayəndəsi Xua Çunin çıxış edib. O, ABŞ-ın qəbul etdiyi “Honkonqda insan haqları və demokratiyanın müdafiəsi” haqda qanunu beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, həmçinin Çinin daxili işlərinə müdaxilə adlandırıb. Cavab olaraq Çin NDI, HRW, “Freedom House” kimi QHT-ləri sanksiyalar siyahısına salıb.
Həmçinin Demokratiyaya Milli Dəstək Fondu və Beynəlxalq Respublikaçı İnstitutuna qarşı sanksiyalar tətbiq olunub.
Rəsmi Pekin ABŞ-ı ölkənin daxili işlərinə qarışmaqda, həmin QHT-lərin Honkonqda Çin əleyhinə keçirilən iğtişaşlara dəstək verməkdə, ekstremist, zorakı, və qanunsuz fəaliyyətləri yaymaqda ittiham edib.