Cavid Qurbanovdan şəhid qəhrəmanımız Xudayarın əziz xatirəsinə möhtəşəm ithaf – VİDEO

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov şəhidimiz Xudayar Yusifzadəyə şeir həsr edib.

Dünyanınsəsi.Az xəbər verir ki, Vətən Müharibəsinin parlaq simalarından biri olan Xudayar Yusifzadə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Onun şəhid olmazdan bir neçə gün öncə əsgərlərin əhatəsində oxuduğu “Vətən yaxşıdır” mahnısı qısa zamanda dillər əzbəri oldu.

 

C.Qurbanovun şəhidimizə həsr etdiyi şeiri təqdim edirik:

Duman gəldi, dağ dumanda əridi, 
Yağı düşmən ətrafları bürüdü. 
Ana yurdun bülbül səsli igidi, 
Nəğmələrin Səndən qaldı yadigar, 
Şəhid balam, şəhid oğlum, Xudayar! 
 
Sən daşıydın, torpağıydın Vətənin,
Ağacıydın, budağıydın Vətənin, 
Nəğməli bir qonağıydın Vətənin, 
Sən gedəli o dağlara yağdı qar, 
Şəhid balam, şəhid oğlum, Xudayar! 
 
Unudarmı oba Səni, el Səni?!
Unudarmı çəmən, çiçək, gül Səni?!
Unudarmı duman Səni, çən Səni ?! 
Hər ürəkdə Sənin üçün xeymə var,
Şəhid balam, şəhid oğlum, Xudayar! 
 
Dastan deyib, dastan olan igidim, 
Döyüşündə aslan olan igidim,
Şəhidliklə zirvə tutan igidim,
Ruhun cənnət, yerin olsun laləzar,
Şəhid balam, şəhid oğlum, Xudayar!

 

 

 

Dünyanınsəsi.Az