Cavid Qurbanov mətbuat konfransı keçirdi – “Keyfiyyət baxımından dünyada 34-cü sıradayıq”

Əsas Manşet ÖLKƏ
Spread the love
“Dəmir yolunun bu gün 30 minə qədər işçisi var”.
DunyaninSesi  xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında söyləyib. O, qeyd edib ki, 2015-ci ildən indiyə qədər dəmir yolu işçilərinin əməkhaqqında 95 faiz artım var:
“2015-ci ildə əməkhaqqı ortalama 120-130 manat idisə, indi bu əməkhaqqı 583 manat təşkil edir. Bu göstərici daha da yüksəldiləcək. Keyfiyyətli xidmət üçün infrastrukturun inkişafına xüsusi diqqət yetirilir. Hazırda dəmir yolunda orta sürət 55 kilometrin üzərindədir. Keyfiyyət baxımından dünyada 34-cü sıradayıq”.
Cavid Qurbanov xüsusilə vurğulayıb ki, Bakıda Güzdək yolunun araşdırılmasına başlanılıb:
“Həmin yolu təmir edərək, yerüstü metro kimi insanların xidmətinə verməyi düşünürük”.
DunyaninSesi.AZ