
“Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var ” – Şəhidlik zirvəsi
Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ölkə vətəndaşlarının əsrlərlə, illərlə ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə yolunda qəhrəmanlıq tarixi yazan Kəlbəcərli şəhid qardaşlarımızın şəkilləri rayonun Çaykənd Kənd Ərazi Nūmayəndəliyi iş otağında lövhə vəziyyətində saxlanılır.Bura gələn hər kəs xūsusilədə gənc nəslin nūmayəndələri şəhidlərimizi yaxından tanımaqla bir daha keçmişlərdə ərazi bütövlüyü uğurunda canlarını fəda verən qəhrəmanlarımızla yaxından tanış olacaq.Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzular həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar. Bu işdə əməyi olan hər kəsə təşəkkūr edirəm!