Bu xalqa, bu orduya, bu rəhbərə eşq olsun!- Zahid Muxtar

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Bütün dünya  xalqlarının ümumi xüsusiyyətlərindən ən başlıcası müstəqillik, azadlıq ideyalarıdır.

«Müstəqillik insan təfəkkürü, iradəsi və xarakterində təzahür edir. Müstəqil təfəkkürə malik olanlar başqalarını kor-koranə təqlid etmir, bu və ya digər məsələyə dair öz rəyini bildirir, mürəkkəb məsələlər həllində belə onları müstəqil yerinə yetirməyə qabil olurlar.

Azərbaycan ədəbiyyatına nəzər saldıqda, tarix boyu xalqı­mızın azadlıq, müstəqillik və bütöv Azərbaycan dövləti qurmaq uğrunda mübarizə apardığını və bu mübarizənin ədəbiyyatda öz əksini tapdığını görürük. Zaman-zaman bir az gizli də olsa ədəbiyyatımızda milli-tarixi taleyimizlə bağlı tələblər ifadə olunub. Hər zaman kəsiyində azadlığı təbliğ edən yazarlarımızı susdurmağa çalışsalar da, buna nail ola bilməyiblər, ədəbiyyatda azadlıq, müstəqillik ideyaları öz əksini tapıb. Ədəbiyyatımızdan, tariximizdən bizə məlumdur ki, azadlığa qovuşmağın ancaq bir yolu var, o da mübarizə yoludur. 

Zahd Muxtar poeziyasında isə Azərbaycan vahid, bitkin bir varlıq kimi öz suverenliyi, haqları, milli dəyərləri uğrunda çıxış edir, mübarizə aparır. Bu mübarizə müstəqil bir ölkənin, azad bir xalqın yaşamaq, yaratmaq haqqı uğrunda mübarizəsi olduğundan, bəşəridir..

Zahid Muxtarın   poeziyası isə başdan ayağa ədalətə, haqqa, milli qürura, sarsılmazlığa, cəsarətə çağırışdır. Onun 2020-ci ildə qələmə aldığı «Zəfər» şeiri xüsusilə seçilir və demək olar ki, Azərbaycan poeziyasında vətənpərvərlik ruhunda yazmış olduğu  ən yadda qalan, xalqın dilinin əzbəri olan bir şeirdir. Bu şeir Azərbaycan poeziyasını Qarabağa  mübarizə ruhunda kökləyir.

Müzəffər Ordumuzun 44 günlük zəfər qələbəsinə yazılmış  “Zəfər” şeirini təqdimedirik: 

 

İndi qüdrət meydanı, İndi hünər yeridi,

Qələbə fürsətidi şanlı zəfər yeridi,

İndi igid sərkərdə,igid əsgər yeridi

Bu cəsur sərkərdəyə,bu əsgərə eşq olsun.

*******                *******             ********     

Qarabağ səmasından qara bulud dağıldı,

Xocalı qatiləri öz qanında boğuldu.

Erməni enməzliyi boş mənasız nağıldı.

Bu mifi parçalayan od əllərə eşq olsun!

*****          *******                 ********

Füzulidən başladıq qanaqan döyüşünə,

Qeyrət tarixi yazdıq .Zamanın gərdişinə,

İllərdi darıxırdıq Şuşanın görüşünə ,

Zülməti parçalayan al səhərə eşq olsun!

******          *******               *********   

Polad əzimlə yardıq,Polad istehkamları ,

Bu gücə heyrət etdi dünyanın admları.

Aldıq Ağdərələri,götürdük Ağdamları,

Bu gücə,cəsərətə,bu hünərə eşq olsun!

******          *******               *********   

Kəlbəcərdə,Laçında bu dağlar ulu dağlar,

Elini həsrətiydi çeşməli sulu dağlar.

Açdı doğmalarına bağlanmış yolu dağlar,

Bu böyük qayıdışa, bu zəfərə eşq olsun

******          *******               *********   

Dərdindən dəli idik getdik Xüdəfərinə,

Cəbrayıl,Qubadlının kəndinə,şəhərinə.

Zəngilanın füsunkar çinar meşələrinə,

Bu sonsuz sevgi dolu əməllərə eşq olsun!

******          *******               *********   

Türkiyə-Azərbaycan bir millət,iki dövlət,

Bizim qələbəmizdə onlar duydu fəxarət.

Bu qardaşlıq sarsılmaz tarixlər boyu fəqət,

Çıxıbdır sınaqlardan nəçə kərə eşq olsun!

******          *******               *********   

Heyran qoydu kamalı, bütün bəşəriyyəti,

Heydər oğlu İlhamın misilsiz siyasəti.

Ətrafında birləşib yumuruq kimi milləti,

Bu xalqa,bu orduya,bu rəhbərə eşq olsun!

******          *******               *********   

Qarabağda ucaldı Azərbaycan bayrağı,

Bu bayraqdan nur aldı,Azərbaycan torpağı.

Yanır yurdlarımızda Azərbaycan çırağı,

Bu şanlı qəlbəyə,bu  zəfərə eşq olsun!

 

Dünyanınsəsi.Az