BU SAHƏDƏ DƏ KƏSKİN BAHALAŞMA BAŞ VERİB… – 350 manatdan 800 manata… + VİDEO

Hit İQTİSADİYYAT
Spread the love

Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb. “Xəzər” televiziyasının məlumatına görə, son bir il ərzində demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50 -70 faiz bahalaşma var.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bahalaşmaya səbəb pandemiya səbəbindən aviaşirkətlərin ziyana düşməsidir. Bu müddət ərzində ləğv edilən səfərlərin biletlərinin ödənişlərinin qaytarılması, təyyarələrə texniki qulluq və digər personal xərcləri qiymətlərin qalxmasına səbəb olub. Məhz bu səbəbdən bahalaşma ölkəmizdən də yan keçməyib.
Bakıdan hazırda uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb. Bir istiqamətə alınan bilet əvvəl maksimum 350 manat idi isə, indi bu qiymət 800 manatadır.