Bu şəxslər Kəmaləddin Heydərovu bitirəcək-FOTOLAR

Hit ÖLKƏ
Spread the love

Qax rayonunun Acınohur ərazisində ərəblərin qanunsuz ov etməsi haqlı olaraq geniş müzakirələrə yol açıb.. Qanunsuz ov ovlayan ərəbləri Azərbaycana qonaq çağıran nazirin adı məlum olub.

Kanal32.az xəbər verir ki, sözügedən ərəb turistlər Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvətilə Azərbaycana gəliblər. Onların arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var.

O, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. Həmdanla bərabər onun şahzadə sayılan yaxın qohumları və dostları da Azərbaycana tez-tez təşrif buyurur.Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan FHN-ə məxsus helikopterlə gedib-gəlirlər.

Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb.Şahzadələr Hacıqabul rayonuun  Qarasu kəndi yaxınlığında olan ovalıqda olublar.Rayon sakinlərinin verdiyi məlumata görə, ərəblər əsasən özlərinin xüsusi təlim keçmiş şahinləri ilə adı “Qırmızı kitab”da olan bəzgək quşu ovlayıblar.

Onu da qeyd edək ki,nadir quşları ovlayan ərəb turistlər sıradan şəxslər deyil. Onlar Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) idarə edən xanədanın üzvləridir. Fotolarda əks olunanlar Şeyx Zayed ibn Məhəmməd Butti əl-Həmid və qardaşı Şeyx Seyf ibn Məhəmməd Butti Əl-Həmiddir. Onların qardaşı Abdulla ibn Məhəmməd Butti Əl-Həmid BƏƏ-nin Səhiyyə naziridir. Əl-Həmid ailəsi ilə BBƏ-ni idarə Nəhyan xanədanı arasında qohumluq bağları var.

Kəmaləddin Heydərovun da Nəhyan sülaləsi ilə sıx təmaslarının olduğu bildirilir. Təsadüfi deyil ki, nazirin işgüzar və rəsmi səfərə getdiyi ölkələr arasında BƏƏ ilk yerlərdə dayanır. Bu ölkədən Azərbaycana gələn rəsmi şəxslər də Kəmaləddin Heydərovla görüşmədən Bakını tərk etmir. Məsələn, 2014-cü ildə Fövqəladə Hallar naziri BƏƏ-dən gələn nümayəndə heyətini qəbul edib. 2017-ci ildə BƏƏ-nin Müdafiə Nazirliyinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bəvardi Əl-Fələsinin dəvəti bu ölkədə işgüzar səfərdə olub.

Bu iki fakt Kəmaləddin Heydərovla BƏƏ rəsmiləri arasındakı çoxsaylı təmaslardan nümunədir.

Görünən odur ki,Kəmaləddin Heydərovun bu ərköyün,hoqqabaz və qudurğan dostları onun nazir karyerasını bitirəcək.Onunsuz da onun son iki ildə vəziyyəti heç də yaxşı deyil. Və maraqlıdır, Kamal müəllimin bu fotolarını mətbuat səhifələrinə ötürən gözgörünməz əllər kimlərdir…???