“Bu şəhərdə”nin ssenaristinin 145 minlik evini əlindən alırlar – FOTO

Əsas Manşet QALMAQAL
Spread the love
“Allah hamımızı mərdi-məzardan, ev yıxandan, qorusun! Mənim heç kimə “dələduz” demək hüququm yoxdur – bunu Fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir”.
Musavat.com xəbər verir ki, bu sözləri “Bu şəhərdə”nin ssenaristi Müşviq Abbasov yazıb. O, bir neçə ay öncə evinin əlindən saxta yolla alınması barədə paylaşım edib.
Müşviq bildirib ki, məhkəməyə müraciət etsə də, heç bir faydasını görməyib: “Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3 il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar”.
187583_hc2fzx0hjh.jpg (206 KB)
Müşviq əlavə edib ki, evin sahibləri onu məmur qohumları ilə hədələyirlər: “Mehriban isə mənə telefonda dedi ki, mənim Prezident Aparatındakı bacım qızı ilə Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin “ağzını yumar”, havayı yerə vəkillərə pul xərcləmə. Yəni, hakim Xəyalə Cəmilovanın və xala Mehriban Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə, dövlət sənədlərini saxtalaşdırıb, külli miqdarda (145 min dollar), dələduzluq edib, pulu “atıb” həbs olunmaya bilər, azadlıqda qalar.
Dövlət notariusunun təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın. Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülkü hər an, hətta 6 ildən sonra əlindən alına bilər.
Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyini satıb, kirayələrdə yaşamalıdırlar? Gedib başqa dövlətlərdə ev almalıdırlar? Bir çox yerlərə müraciət etmişəm. Ümid edirəm, noyabrın 25-də Ali Məhkəmədə işimizə baxacaq hakim Vəliyeva Elşanə vicdanlı qərar verəcək”.
Könül
Musavat.com