Bu rayonda karantin rejimini pozan yeməkxana aşkarlanıdı

HADİSƏ Hit
Spread the love

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət apararkən Şahbaz Hüseynova məxsus yeməkxananın gizli şəkildə fəaliyyət göstərdiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Dünyanınsəsi.Az-a verilən məlumata görə, obyekt sahibi və müştəriləri RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.