Bu gün Gəncə sakinləri “Qanlı sentyabr” gecəsinin şəhidləri ilə belə vidalaşdı- VİDEO+ FOTOLAR

Manşet QARABAĞ
Spread the love

 

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir İmamverdiyev Asiman Mehman oğlu, Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Şəhid hərbi qulluqçumuz gizir olub. Gəncə şəhər vətən müharibəsi əlillərinə kömək ictimai birliyinin sədri Samir Məmmədovun verdiyi məlumata görə, Gəncənin Şəhidlər Xiyabanında Silahlı Qüvvələrimizin giziri Asiman İmamverdiyev və əsgər Erkin Hüseynovla vida mərasimi keçirilir.Vida mərasimində şəhər ictimaəti, Müdafiə Nazirliyi və digər qurumların rəsmiləri, qazilər, şəhid ailələri iştirak edir.

Şəhidlərin dəfn mərasimindən olan video reportajı təqdim edirik:

Namiq Mustafayev,

Dünyanınsəsi.Az