Bu gün bir qrup müəllim imtahanı verəcək

Hit ÖLKƏ
Spread the love

Bu gün pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər.

Dunyaninsesi.Az-ın xəbərinə görə, iki mərhələdə keçiriləcək hər bir seansda 1 400-dən çox müəllimin iştirak edəcəyi gözlənilir. Nəticələr təsdiq edildikdən sonra yaxın həftələrdə müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək. Müsahibələrin onlayn formada keçirilməsi nəzərdə tutulur.