
Bu gün Ərdoğan Qarabağdakı son vəziyyəti dəyərləndirəcək
Spread the love
Bu gün Türkiyə Prezident Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyində növbəti dəfə toplanacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, iclasda Ermənistan-Azərbaycan cəbhə xəttindəki son vəziyyət və Şərqi Aralıqdakı proseslər müzakirə ediləcək.