Bu Ceyran qız 60 saniyəlik videodan 200 min dollar qazanır –FOTOLAR

Manşet ŞOU
Spread the love
Son illərin populyar sosial şəbəkə platforması TikTok-un fenomenləri bəzi firmalarla bağladıqları müqavilə əsasında 60 saniyəlik video paylaşımlarından 200 min dollar qazanırlar.
DunyaninSesi.Az-ın xarici mətbuata istinadən xəbər verir ki, onlardan biri də 17 yaşlı amerikalı fenomen Loren Qreydir. 38 milyon izləyicisi olan Laranın paylaşımları gündəlik 2 milyarddan çox bəyənmə alır. O kanalında rəqs edir, məhsulları təqdim edir və vloq çəkir.
O, TikTokdan əvvəl də sosial şəbəkə fenomeni idi. Lorenin 2015-ci ildə açdığı Musical.ly hesabı qısa müddətdə tanınaraq, ən məşhur adlar sırasında yer alıb.
Qrey 2018-ci ildə Virgin Recordsla müqavilə imzalayaraq musiqiyə professional giriş edib. Bundan sonra onun “My Story” mahnısı bazara çıxarılıb. Milyonlarla izləmə qazandıqdan sonra yeni mahnılar yazdırmağa başlayıb.