BMT İranı müfəttişlərin şübhəli nüvə obyektlərinə daxil olmalarına icazə verməyə çağırır

DÜNYA Manşet
Spread the love
Birləşmiş Millətlər Təşkilatının nüvə agentliyi cümə günü bildirib ki, İranı müfəttişlərin ictiami şəkildə elan olunmayan nüvə materialının istifadə edildiyi və ya saxlandığı güman edilən iki obyektə daxil omasına icazə verməyə çağıran qətnamə qəbul edib.

Qətnamə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) BMT-də keçirilən iclasında qəbul edilib.

İran aylardır bu obyektlərə girişə icazə verməməklə diplomatik gərginliyin artmasına səbəb olub.

Britaniya, Fransa və Almaniya tərəfindən təklif olunan qətnamə ABŞ tərəfindən də dəstəklənir.

Qətnamə “İranı agentliklə tam əməkdaşlıq etməyə və agentliyin tələblərini təxirə salmadan yerinə yetirməyə, o cümlədən agentliyin qeyd etdiyi yerlərə sürətli girişin təmin edilməsinə çağırır”.

Çinin qarşı çıxdığı bu qətnamə adı çəkilən obyektlərə girişi məhdudlaşdırdığına görə İrana daha çox təzyiq göstərir.

İran BAEA-nin 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi nüvə sazişindən öncə nüvə fəaliyyətinin olduğu gümün edilən obyektləri yoxlamaq üçün heç bir hüquqi səlahiyyətə sahib olmadığını iddia edir.

ABŞ 2018-ci ildə sazişdən çıxsa da, razılığı imzalayan digər ölkələr -İngiltərə, Çin, Fransa, Almaniya və Rusiya – o vaxtdan bəri razılaşmanı qorumağa çalışırlar.