Bloger Ata Abdullayevin saxlanılma səbəbi məlum oldu – YENİLƏNİB

HADİSƏ Hit
Spread the love

Ata Abdullayevin saxlanılma səbəbi məlum olub.

Dünyanınsəsi.Az  xəbər verir ki, A.Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında yaxalanaraq saxlanılıb. /Unikal.org

***

Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

Dünyanınsəsi.Az  xəbər verir ki, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil.

Qeyd edək ki, Ata Abdullayev ictimaiyyət arasında şantajçı, şəxsi həyata müdaxilə və reket bloger kimi tanınır. /Sabah.az