Blinkendən Qərbi Azərbaycan vilayətindəki etirazçılara – Dəstək

DÜNYA Hit
Spread the love

ABŞ dövlət katibi Entoni Blinken İranın Qərbi Azərbaycan vilayətinin Məhabad (keçmiş adı Soyuqbulaq) şəhərində təhlükəsizlik güclərinin etirazçılara qarşı zorakılıq hallarının artması ilə bağlı paylaşım edib.

Dünyanınsəsi.Az xəbər verir ki, Blinken tviterdə yazıb:

“İran hakimiyyətinin, xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılıqları gücləndirdiyinə dair xəbərlərdən son dərəcə narahatam. Biz İran xalqının yanında olduğumuz üçün bu işdə əli olanlara məsuliyyətə cəlb olunmasına çalışmağa davam edəcəyik”.