Blinkenə “Xankəndiyə kömək” çağırışı

Hit QARABAĞ
Spread the love

Bir neçə senator dövlət katibinə qondarma rejimə kömək çağırışı ilə bağlı məktub göndərib;  Amerika həqiqəti danacaqmı?

Ermənipərəst senatorlar yenə vəziyyəti qəlizləşdirmək istəyirlər. Yenə Birləşmiş Ştatların dövlət və milli maraqlarını erməni lobbisinə qurban verməyə çalışırlar. Məsələ ondadır ki, bir neçə senator dövlət katibi Entoni Blinkenə qondarma “Artsaxa” kömək çağırışı ilə bağlı məktub göndərib. Məktubun mətni tamamilə qərəzli və yalan üzərində qurulub.

Məktubda iddia edilir ki, guya Laçın yolundakı aksiya Qarabağ erməniləri üçün fəlakətli nəticələr yarada bilər: “Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ “vətəndaşları”nın həyatını vəhşicəsinə təhdid etdiyi bir vaxtda Birləşmiş Ştatlar dayana bilməz və mülki əhalinin ərzaq, ilkin tələbat mallarından məhrum edilməsinə görə Azərbaycanı məsuliyyətə cəlb etməlidir. Azərbaycan mülki şəxslərin ərzaq və ilkin tələbat mallarına çıxışını qadağan etdiyinə görə məsuliyyət daşımalıdır. Birləşmiş Ştatlar mühasirədə olan əhali üçün humanitar və zəruri malların sərbəst axınının bərpası üçün addımlar atmalıdır”.

Qeyd edək ki, sülh danışıqlarında vasitəçi olmağa iddialı Vaşinqtonda da Laçın yolu ilə bağlı mövqe qərəzlidir. Bir müddət əvvəl ABŞ-ın ATƏT-dəki səfirinin “blokadanın aradan qaldırılması” ilə bağlı çağırışına bu ölkənin İrəvandakı səfirliyi də qoşulmuşdu. Səfirlik ABŞ Dövlət Departamentinin dəhlizin açılmasına çağırışlarını təkrar edib və bildirib ki, Azərbaycanın hərəkəti “sülh prosesini əngəlləyir və beynəlxalq etimadı sarsıdır”.

Yada salaq ki, ABŞ Prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” qeydi Bakının ciddi narazılığına səbəb olmuşdu. Ağ Ev sahibi bu ifadə ilə açıq şəkildə üçüncü tərəf yaradır, yəni Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ xalqı”… Ötən ay isə separatçı rejimin “xin” başçısı David Babayana viza verilib Konqresə çağırılması, orada anti-Azərbaycan bəyanatları verməsi Vaşinqtonun səmimiliyini şübhə altına alan faktlar sırasındadır. ABŞ regionu nəzarətə götürmək üçün guya hamını qane edəcək yollar axtarır, əslində isə ermənipərəst mövqe tutmaqda davam edir. Bu ölkədə erməni lobbisi çox güclüdür və daim seçkilərdə qələbə barədə düşünən “siyasətçilər” onlara xoş olacaq işlər görməyə çalışırlar. Bu baxımdan, ABŞ rəsmilərinin fəallaşmasından, onların vasitəçiliyi ilə aparılan danışıqlardan yaxşı bir nəticə gözləmək mümkünsüzdür. Laçın yolu ilə bağlı mövqeyi də ABŞ-ın vasitəçilik fəaliyyətinin səmimiliyinə inanmağı qeyri-mümkün edir. Belə anlaşılır ki, Fransa və Brüsseldən sonra Vaşinqton da vasitəçilik missiyasını tam itirməklə, Moskvanın yolunu açır.

Niyaməddin Orduxanlıya vəzifə verildi

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı Blinkenin müraciətlərinin əsassız olduğunu söylədi: “Amerika Qarabağ məsələsində həm açıq, həm də gizli şəkildə 30 ildir Ermənistana dəstək verir, həqiqət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olmağından asılı olmayaraq. Həmin bu Amerika Azərbaycan təcavüzə məruz qalanda 907-ci düzəlişi etməklə sanksiya tətbiq etdi. Təcavüz edən Ermənistana isə heç bir sanksiya tətbiq etmədi. Həmin sanksiyanın müəlliflərindən biri də məhz indiki prezident Bayden idi. Bu adam daim erməni lobbiçilərinin dəstəyi ilə Ermənistana yardım edir. Blinkenin Xankəndi ilə bağlı bağlı müraciəti əsassızdır, Azərbaycana qarşı böhtandır. Birincisi, Xankəndi Azərbaycanın ərazisi olmağına baxmayaraq bizi öz ərazimizə buraxmırlar. İkincisi də, Xankəndinə iki yol var. İkinci yolla ermənilər Xankəndinə daxil olurlar. Heç bir blokadadan söhbət gedə bilməz. Bu cür böhtanla Azərbaycana qarşı kampaniya həyata keçirirlər. Amerika sülh prosesinə kömək etmək əvəzinə, prosesi uzadır, indiki vəziyyətlə qane olmur. Qarabağ Azərbaycanın qəbul edilmiş ərazisi ola-ola hansı haqla Bayden Paşinyana “Dağlıq Qarabağ xalqı” yazır? Bunun adı riyakarlıqdır, beynəlxalq hüququn ayaqlar altına atılmasıdır. Onsuz da xalqımız Amerikadan Qarabağ məsələsinə görə ədalət gözləmirdi və onların verdiyi bəyanatın bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz bütün bunlara baxmayaraq, tam suverenliyimizin bərpası üçün ən sərt addımları atmalıyıq. Necə ki, 44 günlük Vətən müharibəsində ərazimizin 85%-ni geri qaytardıq. Xankəndində, Xocalıda, Ağdərədə də suverenliyimizin bərpası üçün antiterror əməliyyatları aparmalıyıq. Başqa yolumuz qalmır. Bunu Amerikanın ortaya qoyduğu mövqedən də görürük”.

Donbas döyüşü Ukrayna və Rusiyanın son döyüşü ola bilər" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, ABŞ-ın bir neçə senatorunun Blinkenə Laçın dəhlizi ilə bağlı müraciət ünvanlaması Vaşinqtonun vasitəçiliyinə kölgə salır: “Ermənistan rəsmiləri deyir ki, biz bu məsələyə qarışmırıq, amma okeanın o tayında vəziyyəti böhrana salmaq istəyirlər. Blinken yanvarın 18-də Paşinyana zəng edib. Onlar çox yaxşı bilirlər ki, Laçın dəhlizi blokadada deyil və mülki ermənilərin giriş-çıxışı, ərzaq və dərman vasitələrinin keçidi sərbəstdir. Avropa İttifaqı Fransa prezidentini yanına alaraq vasitəçiliyinə kölgə saldı. Vaşinqtonda bir qrup erməni lobbisinin istəyi ilə Cənubi Qafqazda öz geosiyasi mövqeyini zəiflədəcəksə, Moskvanın geostrateji maraqlarına xidmət edəcək. Erməni lobbisi Rusiyaya bağlı şəbəkədir və Kremlin maraqlarına xidmət edirlər. Elə bil Amerika Erməni İcması birbaşa Moskvaya tabedir. Konkret olaraq, belə görünür və Vaşinqton region siyasətinə qarşı hərəkətə keçib, vəziyyəti böhrana salırlar. Burada uduşlu Rusiya çıxır və nəticədə Brüssel və Vaşinqtonun planları fiaskoya uğrayır. Ona görə də bu gün erməni lobbisi ABŞ-da da bu ölkənin maraqlarına təhdid olan bir qrupdur. Düşünürəm ki, Ağ Ev praqmatik yanaşma ortaya qoymayacaqsa, Vaşinqton gündəliyini rəhbər tutmayacaqsa, vasitəçiliyi mümkün olmayacaq. Laçın dəhlizi deyib duracaqlarsa, regionda geosiyasi mövqeyi sıfıra enəcək. Ona görə də Azərbaycanla əməkdaşlığa üstünlük verib, regionda geosiyasi mövqelərini möhkəmləndirə bilər. Bunun əksi öz əleyhinə işləyəcək”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov

Politoloq Tural İsmayılovun isə mövzu ilə əlaqədar fikirləri belədir: “ABŞ təəssüflər olsun ki, heç vaxt Azərbaycan-Ermənistan münasibətlərində obyektiv mövqe nümayiş etdirməyib. Daim Azərbaycan əleyhinə fəaliyyət göstərən ermənipərəst senatorların erməni lobbisinin korrupsiyasına boyun əyməyinə şərait yaradıb. Nəticədə isə ABŞ Azərbaycan torpaqlarının işğal faktorunda heç bir əməli addım atmayıb. Bu günə qədər uğurla davam edən Brüssel formatını Makronla birgə sabotaj edən Paşinyanın ikiüzlü siyasi gedişlərinə sərt münasibət göstərilməyib. Yüzlərlə insan Laçın yolunda 40 gündür sırf ekologiya ilə bağlı çağırışlar etsə də onların səsini eşitmirlər. İndi belə olan halda ABŞ-ın hansısa vasitəçiliyi əsla məqbul deyil. Əslində kollektiv Qərb Rusiyanın regionda əsas vasitəçi kimi qalmağını əngəlləyə bilmir. Özlərinin tutduğu qeyri-obyektiv mövqe, ədalətsizlik və dövlətlərə yanaşmada ayrı-seçkilik Qərb imperializminin klassik mahiyyətini göstərir. Azərbaycan istismar, bərabərsizlik və bütün şantajlara rəğmən dünyada uğurla mövqelərini möhkəmləndirir. Son baş verənlər və Brüssellə Vaşinqtonun Fransa-Ermənistan tandeminin provokasiyalarına seyrçi mövqeyi Moskvanın maraqlarına xidmət edir. Bölgədə Rusiyadan fərqli hansısa yanaşma real olaraq nümayiş etdirilmir”.

Dunyaninsesi.Az