“BİR HƏFTƏDƏN SONRA DONBASDA BAYRAĞIMIZ DALĞALANACAQ…” – Zelenskidən qələbə anonsu

Hit MÜSAHİBƏ
Spread the love

Bu həftə Donbasın bir çox yerlərində Ukrayna bayrağı dalğalanacaq.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 220-ci gününün sonunda etdiyi videomüraciətində deyib.

Onun sözlərinə görə, bu hərəkat Ukrayna hər şeyi ageri lana qədər davam edəcək.

Prezidentin sözlərinə görə, bu gün dünya daha çox Rusiyanın ərazilərimizi ilhaq etmək cəhdinin pislənməsinə qoşulub.

“Nəticədə Ukraynanı və beynəlxalq hüququ açıq şəkildə dəstəkləyən və Rusiyanı bu növbəti aqressiv addımına görə qınayan onlarla bəyanatımız var”, – deyən Zelenski BMT-nin baş katibi Antonio Quterreşin bəyanatını ayrıca qeyd edib:

“O, birbaşa deyib ki, Rusiyanın BMT-nin məqsəd və prinsiplərini, nizamnaməsini pozan “referendum”larının və ilhaq cəhdlərinin heç bir hüquqi nəticəsi olmayacaq”.

Zelenskinin sözlərinə görə, BMT-də ən yüksək səviyyədə belə sözlər eşidiləndə dünyada hamı hər şeyi başa düşür. Rusiya isə bu dünya anlayışını dayandıra bilməz.

Zelenski əmin oldğunu bildirib ki, sonda Rusiya beynəlxalq birliyə qarşı mübarizəni uduzacaq.

Dunyaninsesi.Az