Beyləqanda qaçırılan 9-cu sinif şagirdi tapıldı – DİN-dən AÇIQLAMA

HADİSƏ Hit
Spread the love
Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.
Rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Elşad Hacıyev, 
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi