Beyləqanda pambıq tarlasında kütləvi zəhərlənmə olub

HADİSƏ Hit
Spread the love

Beyləqandakı pambıq tarlasında çalışarkən zəhərlənənlər gün ərzində evə buraxılacaqlar.

Bu barədə 32gun.az-a Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qurumun mətbuat katibi Zamirə Adilovanın sözlərinə görə, vəziyyətləri qənaətbəxşdir:

“Vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar”.

*** 09:43

Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.

Turantv.az apa-ya istinadən xəbər verir ki, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.