Belarus müxalifətinin etirazları həbslərlə yekunlaşıb

DÜNYA Hit
Spread the love
Belarusda prezident Aleksandr Lukaşenkonun yenidən seçilməsinə qarşı keçirilən yüzlərlə insanın iştirak etdiyi mitinqdə nümayişçilər və jurnalistlər saxlanılıb.

1994-cü ildən ölkəni idarə edən cənab Lukaşenko avqust ayında altıncı müddətə prezident vəzifəsinə seçilmək iddiasındadır.

Müxalifətçi namizədlər OMON-un müdaxiləsi başlamamışdan əvvəl Minskdə tərəfdarlarının imzalarını toplayıblar.

Radio Free Europe radiosunun müxbiri canlı yayım zamanı saxlanılıb – jurnalist Aleksandr Dınko aksiya haqqında efirə birbaşa reportaj zamanı həbs olunub.”Vyasna” hüquq müdafiə qrupunun nümayəndələri şənbə günü bildiriblər ki, etirazlar zamanı ölkə böyu azı 120 nəfər polis tərəfindən saxlanılıb.

Onlardan bəziləri artıq azadlığa buraxılıblar.

Bundan əvvəl rəsmilər müxalifətçilərə qarşı təqiblərin güclənməsi fonunda cənab Lukaşenkonun əsas rəqibi sayılan Viktor Babarikonu maliyyə cinayətlərində əli olması şübhələri zəminində həbs edib.

Belorusskiye Novosti vebsaytının yaydığı xəbərə əsasən, son həftələr ərzində müxalifət fəalları, jurnalistlər və bloqçular həbs edilib.Namizədlər seçkidə iştirak etmək üçün azı 100000 dəstəkçinin imzasını toplamalıdırlar, imzaların toplanması üçün ayrılmış müddət cümə günü başa çatıb.

Avropa Komissiyasının sədri Ursula von der Leyen cənab Babarikonu azad etməyə çağırıb və onun saxlanılmasını “siyasi motivli” adlandırıb.Siyasətə qoşulmazdan əvvəl cənab Babariko Rusiyanın energetika nəhəngi Qazprom-un Belarus törəmə şirkəti olan Belqazprombank-a rəhbərlik edib.

Onun seçkiqabağı kampaniyasını aparan 30 yaşlı oğlu Eduard də vergiləri ödəməkdən yayınmaqda şübhəli bilinərək həbs edilib.

Cənab Lukaşenko “həm Qərbdən, həm də Şərqdən” olan qüvvələrin Belarusun daxili işlərinə qarışdığını iddia edərək, müvafiq qurumlar tərəfindən ölkəyə qarşı hazırlanan qəsdin qarşısının alındığını qeyd edib.

ATƏT müşahidəçiləri Belarusda keçirilmiş seçkilərin 1995-ci ildən bəri azad və ədalətli olmadığını hesab edir.