BDU rektoru zəhərlənən tələbələrlə bağlı məsələyə münasibət bildirib

HADİSƏ Kateqoriyasız
Spread the love
‘Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib”.
”Report” xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbə ilə bağlı danışarkən deyib.
Rektor bildirib ki, məsələləri şişirtmək lazım deyil: ”Çünki bu hamı üçün psixoloji təsirdir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir”. Elçin Babayev noyabrın 21-i BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı gəzən şayələrə aydınlıq gətirib.
O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrin qidalanması üçün verilən kartla, universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ”Birmənalı olaraq bunu inkar edirəm. Istintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bi bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini deyirik”.

DunyaninSesi.AZ