Baydenin cənub-şərqi Asiyadakı sammitlərdəki gündəmində Myanma böhranı və Şimali Koreyanın təhdiləri var

Manşet SİYASƏT
Spread the love

ABŞ Prezidenti bu həftə sonu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) liderləri arasında görüşlər üçün Kambocada səfərdədir. Regionda Myanma şiddətli böhranla üzləşir, Şimali Koreyadan təhdidlər davam edir, Pekinlə Vaşinqton arasında da rəqabət intensivləşir.

Bayden şənbə günü ABŞ-ASEAN sammitinin açılış qeydlərində ABŞ-ın “ASEAN Topluluğuna”, yəni regional əlaqələr və prosesləri bpyük güclər arasında rəqabət əvəzinə 10 ölkədən ibarək ittifaqın yürütdüyünə dair prinsipə sadiqliyini vurğulayıb.

“ASEAN mənim administrasiyamın Hind-Sakit okean strategiyasının mərkəzindədir,” Bayden deyib. “Və biz səlahiyyətli, vahid ASEAN ilə birgə işləmək öhdəliyimizi gücləndirməyə davam edirik.”

Bayden deyib ki, müzakirə mövzusu Yeddi ASEAN üzvü və Pekinin iddiaları olduğu Cənubi Çin Dənizi və Myanmadakı siyasi böhran olacaq.

“Mən həmçinin Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsni və bizim müharibənin qlobal təsilərinə qarşı mübarizə səylərimizi müzakirə edəcəyik,” o deyib.

Bayden – Hun Sen

Bayden ASEAN-a etdiyi liderliyinə görə “Kambocanın baş nazirinə” təşəkkür edərkən, səhvən Kambocanın avtoritar lideri Hun Sunun adını çəkib. Sammitin əvvəlində prezident regionun ən uzun müddətli lideri, 1985-ci ildən bəri hakimiyyətdə olan prezidentlə ikitərəfli görüş keçirib.

Fəallar Baydenin Hun Seni ölkədəki demokratik tənəzzülə görə cavabdeh tutmağa çağırıblar.

Ağ Evin ikitərəfli görüşün təfərrüatları ilə bağlı məlumatına əsasən, Bayden Hun Seni 2023-cü ildə keçiriləcək seçkidən öncə vətəndaş və siyasi məkanı yenidən açmağa və siyasi motivli ittihamlarla həbs olunan bütün fəalların, o cümlədən ABŞ və Kambocanın ikili vətəndaşlığına sahib Senq Tearini azadlığa buraxmağa çağırıb.

Ancaq Pnompen Pekinin güclü təsiri altında olduğu üçün Bayden çox şey edə bilməz.

“Qərb ölkəsindən, xüsusilə də ABŞ-dan təzyiq olanda, Çin Kamboca hökumətinin arxasında duracaq və ona dəstək verəcək,” The Thinker Cambodia düşüncə mərkəzinin prezidenti Bunna Vannm deyib. “ABŞ Kamboca hökumətinə sanksiya tətbiq etsə, Çin onları iqtisadi dəstəklə təmin edəcək.”

Çin baş naziri Li Kepianq bu həftənin əvvəlində Hun Sen ilə görüşü zamanı Kambocanın inkişafına yardım üçün 27 milyon dollar vəd edib.

ABŞ da həmçinin Kambocanın gizlicə Çinin döyüş gəmilərinə Tayland körfəzindəki Ream hərbi dəniz bazasında durmağa icazə verdiyindən narahatdır.

ASEAN Myanmaya xəbərdarlıq edir

ASEAN liderləri cümə günü Myanma xuntasında 2021-ci ilin aprel ayında qəbul edilən beş bənddən ibarət konsensus sülh planı üzrə gözəçarpan irəliləyiş etməsi üçün xəbərdarlıq edib.

Myanmada Aunq San Su Çinin rəhbərlik etdiyi seçilmiş hökumətə qarşı hərbi çevrilişdən sonra artan zorakılıq fonunda ASEAN oktyabr ayında hərbi xuntanın başçısı General Min Aunq Hlainqi bu ay 10 ölkədən ibarət ittifaqın iclasından kənarlaşdırmağa razılaşıb. Ölkəyə yalnız “qeyri-siyasi namizədlər” göndərməyə icazə veriləcək.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə Myanmada 13 milyondan çox insan aclıqla üzləşir, 1.3 milyon nəfər isə ordunun bombalam, evlərin yandırılması və mülki vətəndaşların öldürülməsi kimi qeyri-mütənasib güc ilə əməliyyatları davam etdirməsi səbəbilə digərdin düşüb.

Şimali Koreya

Pnompendə Bayden yaponiyalı və cənubi koreyalı həmkarları ilə görüşərək Hind-Sakit okean regionunda geniş təhlükəsizlik məsələlərini, xüsusilə Şimali Koreyanın raket və nüvə proqramlarını müzakirə edəcək. Bu barədə milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Air Force One təyyarəsində Pnompenə gedərkən müxbirlərə deyib.

Şimali Koreya bu yaxınlarda Cənubi Koreya ilə sərhədinə yaxın bir ərazidə hərbi uçuşlar həyata keçirib və bir sıra raketi sınaqdan keçirib. Şimali Koreya bunların Cənubi Koreya və ABŞ-ın geniş-miqyaslı birgə hava hücumları sınaqlarına cavab olaraq simulyasiya hücumları keçirmək məqsədilə “müvafiq hərbi əməliyyatlar” olduğunu deyib.

Sallivan bildirib ki, Bayden məsələni Çin Prezidenti Şi Tsinpinlə bazar ertəsi Balidə G-20 sammiti çərçivəsində keçiriləcək görüşündə müzakirə edəcək və Pxenyan ABŞ müttəfiqləri Cənubi Koreya və Yaponiyadan başqa bütün regiona təhlükə törətdiyini çatdıracaq.