Bayden Ukrayna və İsraildəki münaqişələrin nəticələrini qiymətləndirib

Hit MÜSAHİBƏ
Spread the love

Ukrayna və İsrail ətrafında münaqişələr gələcəkdə dünya üçün böyük irəliləyişlə nəticələnəcək.

APA xəbər verir ki, bu fikri ABŞ prezidenti Co Bayden “Washington Post“ qəzetinə yazdığı məqalədə bildirib.

“Tariximiz boyu öyrəndiyimiz dərsi heç vaxt unutmamalıyıq: böyük faciələr və sarsıntılar dünyanı və ABŞ-ı daha təhlükəsiz edən böyük tərəqqiyə səbəb ola bilər. Bu mənim administrasiyamın Yaxın Şərqdə, Avropada və bütün dünyada davam etdirəcəyi strategiyadır” – o deyib.

Amerika lideri bir daha vurğulayıb ki, o, Kiyev və Təl-Əvivə hərbi yardımı ABŞ-ın təhlükəsizliyi ilə bağlı ağlabatan sərmayə hesab edir. O, oktyabrın 20-də oxşar bəyanatla çıxış edərək, Vaşinqtonun kritik tərəfdaşlarına bu cür dəstəyin gələcək nəsillər üçün dividentlər verəcəyini izah edib.