BAYDEN RƏSMƏN ABŞ PREZİDENTİ OLDU – ABŞ Konqresi onun qələbəsini təsdiqlədi

DÜNYA Hit
Spread the love

ABŞ konqresinin hər iki palatanın – Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. İclas ABŞ-ın xəbər telekanallarında canlı yayımlanıb.

Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb.

Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.

Demokratlardan prezidentliyə namizəd olan və səsvermədə qalib çıxan Co Bayden bir gün əvvəl Vaşinqtonda baş verən hadisələrə münasibət bildirib.

“Zvezda”nın məlumatına görə, bu barədə o “twitter” hesabında paylaşım edib.

Siyasətçi baş verənlərin demokratiyanın bütün kövrəkliyini nümayiş etdiyini bilidirib.

Bayden bu hadisələrin həmçinin demokratiyanın “cəsur liderlərin” müdafiəsinə ehtiyacı olduğu faktını göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu rolu yalnız yaxşı niyyətli və ümumi rifah üçün çalışan insanlar öz üzərlərinə götürə bilər.

“Demokratiyanı şəxsi maraqlarını güdən, hakimiyyətə həris olan insanlar qoruya bilməz”, – deyə o, vurğulayıb.