Bayden Qarabağa görə Trampı tənqid etdi – QARABAĞ ƏTRAFI RAYONLAR İŞĞALDA QALA BİLMƏZ

DÜNYA Əsas Manşet
Spread the love

ABŞ-da prezidentliyə Demokrat namizəd Co Bayden Azərbaycan və Ermənistan qüvvələri arasında 10 oktyabr atəşkəs razılaşmasının pozulmasından narahatlığını ifadə edib. Sabiq vitse-prezident Tramp administrasiyasını eskalasiya dönəmində “passivlik” göstərməkdə ittiham edib.

“Nə Prezident Tramp, nə də Dövlət Katibi Pompeo Ermənistan və Azərbaycan liderlərinə bir dəfə də olsun telefon zəngi etməyiblər,” Bayden bildirib.
Onun sözlərin görə, diplomatiyanı Moskvanın öhdəsinə buraxmaqdansa, Avropa tərəfşdaşları ilə birgə işləyərək Vaşinqton de-eskalasiya istiqamətində səy göstərməli və tərəflərin danışıqları masasına qayıtmasına çalışmalıdır.

Co Bayden döyüşlərin dayandırılması üçün bir sıra təkliflərlə çıxış edib.

“Tramp Administrasiyası Azərbaycana deməlidir ki, onun konflikti hərbi yolla həll etmək səylərinə dözməyəcək. Ermənistana aydın etməlidir ki, Dağlıq Qarabağ ətrafındakı reionlar qeyri-müəyyən müddətə işğal altında qala bilməz və atəşkəs əldə olunan kimi konfliktin dayanıqlı həlli üçün inandırıcı danışıqlar başlanmalıdır,” Bayden bildirib.

O, Vaşinqtonu Ankara ilə isti münasibətlərə son qoymağa, Türiyə və İranın münaqişədən kənar saxlanılmasına çağırıb.

Dünyanınsəsi.info