Bayden Putinə kütləvi qırğın silahlarından istifadə etməmək barədə xəbərdarlıq edib

Manşet QALMAQAL
Spread the love

Prezident Co Bayden Rusiya Prezidenti Vladimir Putinə Ukraynada kütləvi qırğın silahlarından istifadə etməmək barədə növbəti dəfə xəbərdarlıq edib.

“Etmə. Etmə. Etmə. Sən İkinci Dünya Müharibəsindən sonra müharibənin üzünü dəyişəcəksən,” Bayden CBS News telekanalın abazar günü yayımlanacaq müsahibəsində deyib.

Bayden Rusiya Ukraynada kimyəvi və ya nüvə silahlarından istifadə etdiyi təqdirdə ABŞ-ın cavabının nə olacağı barədə konkret olaraq şərh veməyib.

“Onlar dünyada əvvəlkindən daha çox pariyaya çevriləcəklər,” o əlavə edib. “”Və etdiklərinin miqyasından asılı olaraq hansı reaksiya verəcəyimizi müəyyən edəcəyik.”

Bu, Baydenin Putinə ilk xəbərdarlığı deyil. O, mart ayında Avropa İttifaqı, Böyük Yeddilər və NATO müttəfiqləri ilə görüşdən sonra demişdi ki, NATO Ukraynada kütləvi qırğın silahlarından istifadəyə “bənzər şəkildə” cavab verəcək.

“O, onlardan istifadə etsə, biz cavab verəcəyik,” Bayde Putinə istinadən deyib. “Cavab tədbirimiz nəyin istifadə olunduğundan asılı olacaq.”

Bundan bir ay sonra, Rusiya Xarici işlər naziri Sergey Lavrov Rusiya dövlət televiziyasına nüvə müharibəsinin risklərinin “əhəmiyyətli” olduğunu deyəndən sonra, Bayden Lavrovu “məsuliyyətsiz” adlandırmışdı.

“Heç kəs nüvə silahlarından istifadə və ya onlardan istifadənin zəruriliyi ehtimalı barədə boş şərhlər etməməlidir,” Bayden demişdi.

Putin Ukraynaya hərbi müdaxilədən bir neçə gün öncə Rusiyanın nüvə qüvvələrinin Sovet İttifaqı dağılandan bəri ilk dəfə yüksək hazırlıq vəziyyətinə gətirlməsinə əmr etmişdi. Buna cavab olaraq Ağ Ev Rusiya Ukraynaya, qonşu ölkələri və ya Ukraynaya yola düşən NATO-nun silah və yardım karvanına qarşı kimyəvi, bioloji və ya nüvə silahından istifadə etdiyi təqdirdə mümkün cavab tədbirlərini araşdırmaq üşün Pələng Komandası adlandırılan milli təhlükəsizlik rəsmilərin ibarət komandasını bir araya gətirdi.

ABŞ-da yerləşən Silahlara Nəzarət Assosiasiyasının bildirdiyinə görə, Rusiya 2020-ci ildə ilk dəfə olaraq “Rusiya Federasiyasının milli təhlükəsizliyi üçün kritik vəziyyətlərdə adi silahlardan istifadə olunan genişmiqyaslı təcavüzə cavab olaraq” nüvə silahından istifadəyə icazə vermək üçün hərbi doktrinasını yeniləyib. Doktrinanın 1997-ci il versiyası nüvə silahından istifadəsiyə yalnız “Rusiya Federasiyasının mövcudluğuna təhlükə yarandığı halda” icazə verirdi.

Yeni versiyada həmçinin ilk dəfə olaraq qeyd olunur ki, Rusiyanın bütün “kütləvi qırğın silahları” ilə hücumlara cavab olaraq nüvə silahlarından istifadə etmək hüququ var.

Bu arada isə Rusiyanın Zaporijye nüvə stansiyasını hədəf alması Avropada yenidən nüvə təhlükəsi ilə bağlı narahatlıqları artırıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru general Rafael Mariano Qrossi şənbə günü bildirib ki, Avropanın ən böyük nüvə stansiyası olan Zaporijye yenidən elektrik enerjisini milli şəbəkədən alır.

Ancaq Qrossi xəbərdarlıq edib ki, Rusia qüvvələri Zaporijye ətrafındakı əraziləri atəşə tutmağa davam etdiyi təqdirdə, zavoddakı ümumi vəziyyət təhlükəli olaraq qalacaq.

Agentlik bildirib ki, nüvə stansiyası Rusiyanın nəzarəti altındadır, ancaq əməliyyatları ukraynalılar həyata keçirir.