Bayden israrla zəng vurmur – Ərdoğan isə bundan narahat deyil

Manşet ÖLKƏ
Spread the love

Ankarada hesab edirlər ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden «bir və ya iki həftə ərzində» türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana zəng vuracaq.

Bu barədə «Hürriyət» qəzetinin hökumətyönlü şərhçisi Hande Firat yazıb.

Xanım şərhçinin sözlərinə görə, vəzifəsinin icrasına başlayandan (yanvarın 20-si) sonrakı dövrdə Baydenin zəng vurmaması faktı Rəcəb Tayyip Ərdoğanı narahat etmir.

«Baydenin zəng vurmamasına görə Ərdoğanın məyus olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil – martın 16-da Hande Firatın dərc olunmuş məqaləsində təsdiqlənir. Yerli şərhçilər hesab edirlər ki, bununla da Türkiyə hakimiyyəti bu məsələyə yönəlik öz mövqeyini Amerika tərəfinin nəzərinə çatdırmış olur».

Məlum olduğu kimi, iki NATO üzvü arasında – Birləşmiş Ştatlar və Türkiyə Respublikası arasında münasibət silsilə fikir ayrılıqları, o cümlədən Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi (ZRK) alması, ABŞ-ın Suriyada kürd silahlılarını dətəkləməsi, Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasındakı mübahisə səbəbilə pozulub.

.

 

Dünyanınsəsi.Az