BAXMUT ƏTRAFINDA DARMADAĞIN – Bir döyüşdə işğalçının yüzlərlə əsgəri belə məhv edilib (VİDEO)

DÜNYA Hit
Spread the love

Rusiya ordusu Ukraynada ağır itkilər verməkdə davam edir.

“Dünyanınsəsi.Az” Ukrayna mənbələrinə istinadla xəbər verir ki, yanvarın 23-də Baxmut şəhəri istiqamətində baş verən şiddətli döyüşlər zamanı işğalçılar daha yüzlərlə hərbçi itirib.

Ukrayna Müdafiə Nazirliyinin yaydığı videolarda açıq döyüş səhnələrini əks etdirən kadrlar yer alıb. Videolardan görünür ki, Rusiya əsgərləri açıq sahədə Ukrayna ordusunun artilleriya, dron zərbələri nəticəsində kütləvi məhv edilir, yüzlərlə işğalçının cəsədi Baxmut çöllərinə səpələnir.

Həmin görüntüləri təqdim edirik: