Başqalarına yaxşılıq edəndə özünü xoşbəxt sayan ADAM – MƏNSİMOVA TƏBRİK ƏVƏZİ

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Hardansa oxumuşdum ki, xeyirxah insanlar  özünü xoşbəxt saydığı anları  başqalarına yaxşılıq edəndə yaşayır. Onu şəxsən tanıdığım üçün əminliklə deyə bilərəm ki, Mübariz Mənsimov da belələrindəndir.

Hacı Zeynalabdin Tağıyevin XIX əsrin sonu XX əsrin əvvəllərində etdiyi xeyriyyəçilik əməllərini bu gün böyük ürəklə Mübariz Mənsimov davam etdirir.

Onu şəxsən 2011-ci ildə tanıdım. O zaman İstanbulda “Xocalıya ədalət” mitinqi təşkil olunmuşdu.

 

 

Həmin zaman öyrəndim ki, bu mitinqin təşkili üçün bu ölkədə yaşayan Mübariz bəy böyük vəsait sərf edib. Sonradan rəsmi mənbələrdə bu aksiyanın təşkilatçısı kimi “SOCAR”-ın adı çəkilmişdi.

Qısa zaman sonra bəlli oldu ki, Prezident Administrasiyasının o zamanki şöbə müdirləri SOCAR-ın ayırdığı pulları öz aralarında talan edib.

Mübariz bəy o qədər təvazökar adamdır ki, o aksiyaya böyük pullar xərclədiyini heç bir media orqanına sızdırmadı. Çünki, bu adam etdiklərini hansısa ictimai üstünlük qazanmaq naminə etmir.

Son illərdə minlərlə tələbəyə təqaüd verib, yüzlərlə insanı Türkiyə, Almaniya kimi ölkələrin müasir tibbi sayəsində həyata qaytarıb, on minlərlə  azərbaycanlı ailəsinə dolanışıq verib. Bu gün də

eyni nəcib əməllərini davam etdirir.

Bütün bunları etdiyi dönəmdə şərə salındı, həbsə atıldı. Hətta canından çox sevdiyi məmləkətinin insanları arasında ona qarşı ləyaqətsizlik edənlər, həbsinə sevinənlər də tapıldı. Amma bunlar barmaqla sayılacaq qədər olduğundan  bunları eşitməzdən, görməzdən gəldi, bir an da olsa xalqına, ölkəsinə sevgisindən dönmədi.

Ən əsası “Mübariz Mənsimov batdı” deyənləri xəyal qırıqlığına uğratdı.  Bu gün də işinin başındadır.  Böhrandan yeni çıxmasına baxmayaraq  öz xeyirxah əməllərini davam etdirir.

Həbsdə olduğu dönəm xalqımızın İkinci Vətən savaşına təsadüf etdi.

Tam səmimi deyirəm. Həmin dövrdə azadlıqda olsaydı  əlinə silah alıb müharibəyə yollanardı.

Bəlkə də bu ötəri çətinlik dönəminə görə postmüharibə dövrünün yükünü çəkməyi özünün mənəvi borcu bilir. Hətta deyərdim ki, mövcud imkanlarından da artıq edir. Bu  gün qazilərə, şəhid ailələrinə kömək etməyə çalışır.

Tanıdığım, xahişini etdiyim neçə şəhid ailəsinin, qazinin, idmançımızın problemlərinin həllinə kömək olub.

Bu gün onun tankerləri dünya sularında şəhidlərimizin adı ilə üzür.

Gununsesi.info olaraq, 55 yaşını qeyd edən  həmyerlimizə  həyatının bundan sonrakı illərini sağlam yaşamasını arzu edirik.

İnanırıq ki, Mübariz Mənsimov qarşıdakı on illiklərdə də ona ümid yeri kimi baxan insanlara dayaq olacaq.

Pərviz Həşimli

Gununsesi.info