Baş Nazir avtomobil korteji qəzaya uğradı

HADİSƏ Hit
Spread the love
Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb.
Pravda.az-ın Britaniya bürosunun “Telegraph”a istinadən verdiyi xəbərə görə, qəza parlament binasının qarşısında baş verib.
Belə ki, parlament binasının qarşısında aksiya keçirilən zaman hərəkətdə olan avtomobil kortejinin önünə etirazçı çıxıb. Sürücü avtomobilin qarşısına çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gələn avtomobil isə ona çırpılıb.
Hadisə B. Consonun mətbuat xidməti tərəfindən təsdiqlənib.
Bildirilib ki, hadisə zamanı B. Conson avtomobilin içərisində olub və qəza zamanı xəsarət alan olmayıb.APA