Bakıda kafedə baş verən silahlı insidentlə bağlı rəsmi açıqlama

HADİSƏ Kateqoriyasız
Spread the love
Suraxanı rayonunda yerləşən kafelərin birində silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə,Dunyaninsesi xəbər veririr ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər.
Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar. E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.