Bakıda ana və sevgilisi 5 yaşlı uşağın dilini qopardıb, bədənini siqaretlə yandırıblar

Manşet ÖLKƏ
Spread the love

Azərbaycanda beş yaşlı uşaq anası və sevgilisiu tərəfindən zorakılığa məruz qalıb. Uşaq döyülüb, bədənində siqaret izləri var, dilinin bir hissəsi də qopardılıb. Bu barədə virtualaz.org-a Azərbaycan Uşaqlar  Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

K.Ağazadə bildirib ki, uşaq xəstəxanaya yerləşdirilib. “Uşaq təpiklə döyülüb, xəsarət yerləri çirk edib. Dünən həkimlər kiçik əməliyyatla çirki təmizləməyə çalışıblar”,- birlik sədri əlavə edib.

 

Uşaq bildirib ki, onu anasının Kamran adlı sevgilisi döyüb. Ana həmin vaxt orada olub və baş verənlərə müdaxilə etməyib: “Ana uşağı o vəziyyətdə nənəsinin işlədiyi kafeyə aparıb. İş yoldaşları nənəyə xəbər veriblər. Nənə isə həmin vaxt salonda saçını rənglətdirməklə məşğul olub. İş yoldaşlarından təcili yardım çağırmalarını istəyib”.

Ağazadə güman edir ki, uşağın anası və sevgilisi narkotik istifadəçiləridir. Nənə bildirib ki, qızı bir ilə yaxındır “patı” istifadə edir, həmin oğlana bağlanıb. O da bəlli olub ki, uşaq bir müddət əvvəl də zorakılıqla üzləşib: “TƏBİB-dən xahiş edirik, onun müalicəsini nəzarətə götürsün, çünki durumu həddən artıq ağırdır. Günlərlə normal qidalanmayıb”.

Azyaşlının zorakılığa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Ü.Xudiyeva