Bakı – Qazax magistral yolunda keyfiyyətsiz balıq ticarətinə dur deyən tapılmır -Video

Manşet ÖLKƏ
Spread the love
 Əhalinin sağlam qida məhsulları ilə təmin etməli olan Qida Təhlükəsizliyi  Agentliyi isə susur.
Yevlax rayonun Aran qəsəbəsi ərazisndə aylarla açıq hava şəraitində gigeynik olmayan formada balıq məhsullarının magistral yol boyu ticarətinə hüquq – mühavizə orqanlarının eləcə də Qida Təhlükəsizliyi Agentliyinin göz yumması əhalinin sağlam qida məhsullarına olan tələbatına ümidlərini puça çıxarır. Bu haqqda DunyaninSesi saytına göndərilmiş olan videokadrlara nəzər saldıqda aydın olur ki, magistral yolun üzərində açıq hava şəraitində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsulları satılır.Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.Balıqçılıq haqqında Azərbaycan respubilkasının qanunna əsasən Balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi Azərbaycan Respublikasında keyfiyyəti dövlət standartlarının və sanitariya qaydalarının tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər.
Ekspertlər hesab edirlər ki, balığın zəhərlənməyə səbəb olmasının ilk səbəbi saxlanma şəraitinin düzgün olmaması, buna görə də keyfiyyətinin dəyişilməsidir.
Qeyd edək ki, bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağandır.
Qida Təhlükəsizliyi Agentliyi də dəfələrlə xəbərdarlıq edir ki, balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.
Məlumatda o da bildirilir ki, balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır: “Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir”. Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsulları müvafiq qaydada qablaşdırılır və etiketləşdirilir, emal edilmiş və konservləşdirilmiş məhsullar sertifikatlaşdırılır. Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilməlidir.Bizdə sonda redaksiya olarq əhalinin sağlam qida məhsulları ilə təmin ediləcəyi naminə sözügedən dövlət qurumlarından eləcə də Qida Təhlükəsizliyi Agentliyinin regional idarəsinin məsul şəxslərindən səyyari balıq ticarəti ilə bağlı ölçü götürəcəklərini ümid edirik.
DunyanınSesi.AZ