Bakı və İrəvan arasında razılaşma: “Qafan-Gorus yolu…”

Hit SİYASƏT
Spread the love

Ermənistanla Azərbaycan arasında ayrıca razılaşma imzalanmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ötən gün parlamentrdə çıxışı zamanı deputatların suallarını cavablandırarkən deyib.

Hökumət nümayəndəsi deputatları əmin edib ki, Rusiyanın vasitəçiliyi olmadan hər hansı bir razılaşmanın olmasından xəbərsizdir.

“Açıqlanan rəsmi razılaşmalardan əlavə olaraq Qafan-Gorus yolunun David Bek hissəsi ilə bağlı başqa razılaşma var. Çünki oradakı yol mübahisəli hissələrdən keçir. Bu yuxarıda qeyd etdiyim sənədlərdən əlavə mənə məlum olan yeganə razılaşmadır”,-Nikol Paşinyanın müavini deyib.

Azərbaycanla yeni sərhədlərin qorunması məsələsinə gəldikdə Tiqran Avinyan əlavə edib ki, parlament komissiyalarının iclasları formatında və ya hakim “Mənim addımım” fraksiyası ilə görüşdə bu barədə cavab almaq olar: “Məsələ ondadır ki, verilən bir sıra sualların cavabları dövlət sirrini özündə ehtiva edir. Bu səbəbdən də onları parlament tribunasından səsləndirmək mümkün deyil”.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Qafana səfəri haqqında danışarkən bildirib ki, Sünikdə (Zəngəzur) Gorus-Qafan yolunu tənziləmək üçün tərəflər arasında 6 maddəlik memorandum imzalanıb. Sabiq baş nazir beləcə iddia edib ki, Ermənistan və Azərbaycan arasında açıqlanan rəsmi razılaşmadan əlavə daha bir razılaşma var və buna əsasən Qafan-Gorus yolunun təhlükəsizliyinə rus əsgərləri nəzarət edir.