
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur – YENİLƏNİB, FOTOLAR
DunyaninSesi.Az əbər verir ki, hazırda metronun “Neftçilər” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarlara minik dayandırlıb.
Sərnişinlər “Neftçilər” stansiyasında düşürdülər və bildirilir ki, həmin istiqamət üzrə qatar bir müddət işləməyəcək.
Onu da qeyd edək ki, bu dəqiqələrdə (16:52) “Neftçilər” stansiyasının platformasında da elektrikin verilişində qısa fasilələr yaranır.
****
Saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız “Həzi Aslanov” – “Xalqlar Dostluğu” sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın (“Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”) fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.
Hazırda tunellərdə qalan qatar yoxdur.
****
Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub.
Əlavə məlumat veriləcək.







