“Bakcell”də nə baş verir? – ŞİRKƏT ABONENTLƏRİNİ ÇIXILMAZ DURUMA SALIB

Hit ÖLKƏ
Spread the love

Bir neçə gündür ki, Bakcell istifadəçiləri şirkətin yaratdığı ciddi problemlə üz-üzə qalıb.

Dunyaninsesi.Az  xəbər verir ki, Bakcell abunəçiləri bankların mobil tətbiqindən istifadə edə bilmir.
Belə ki, telefon vasitəsilə əməliyyat edən vətəndaşlar sms vasitəsilə gələn təhlükəsizlik kodunu ala bilmir. Həmin kod gəlmədiyindən bank əməliyyatları baş tutmur.
Problemlə bağlı bir neçə gündür ki, vətəndaşların narahatçılığını dinləyən şirkət çətinliyi aradan qaldırmaq əvəzinə vətəndaşları yola verməklə məşğuldur.
Texniki problem yarandığını təsdiqləyən şirkət qısa zamanda problemin həllinə dair vəd versə də lakin bir neçə gündür ki, məsələ öz həllini tapmır

Mövzuya qayıdacağıq.

Dunyaninsesi.Az