“Azadlığın mübarəkdir, Ana yurdum Kəlbəcərim!”- Səxavət Kəlbəcərli

Manşet ŞOU
Spread the love
 Bütün dünya  xalqlarının ümumi xüsusiyyətlərindən ən başlıcası müstəqillik, azadlıq ideyalarıdır.
«Müstəqillik insan təfəkkürü, iradəsi və xarakterində təzahür edir. Müstəqil təfəkkürə malik olanlar başqalarını kor-koranə təqlid etmir, bu və ya digər məsələyə dair öz rəyini bildirir, mürəkkəb məsələlər həllində belə onları müstəqil yerinə yetirməyə qabil olurlar.
Azərbaycan ədəbiyyatına nəzər saldıqda, tarix boyu xalqı­mızın azadlıq, müstəqillik və bütöv Azərbaycan dövləti qurmaq uğrunda mübarizə apardığını və bu mübarizənin ədəbiyyatda öz əksini tapdığını görürük. Zaman-zaman bir az gizli də olsa ədəbiyyatımızda milli-tarixi taleyimizlə bağlı tələblər ifadə olunub. Hər zaman kəsiyində azadlığı təbliğ edən yazarlarımızı susdurmağa çalışsalar da, buna nail ola bilməyiblər, ədəbiyyatda azadlıq, müstəqillik ideyaları öz əksini tapıb. Ədəbiyyatımızdan, tariximizdən bizə məlumdur ki, azadlığa qovuşmağın ancaq bir yolu var, o da mübarizə yoludur. 
Səxavət Kəlbəcərli poeziyasında isə Azərbaycan vahid, bitkin bir varlıq kimi öz suverenliyi, haqları, milli dəyərləri uğrunda çıxış edir, mübarizə aparır. Bu mübarizə müstəqil bir ölkənin, azad bir xalqın yaşamaq, yaratmaq haqqı uğrunda mübarizəsi olduğundan, bəşəridir..
Səxavət Kəlbəcərlinin  poeziyası isə başdan ayağa ədalətə, haqqa, milli qürura, sarsılmazlığa, cəsarətə çağırışdır. Onun 2010-ci ildə qələmə aldığı «Bütöv görməkdir arzum, bütöv Azərbaycanı» şeiri xüsusilə seçilir və demək olar ki, Azərbaycan poeziyasında gənc nəsilin yazmış olduğu  ən yadda qalan, xalqın dilinin əzbəri olan bir şeirdir. Bu şeir Azərbaycan poeziyasını Qarabağa  mübarizə ruhunda kökləyir.
Müzəffər Ordumuzun Kəlbəcəri işğaldan azad etməsi ilə bağl yazməş olduğu “Azadlığın mübarəkdir, Ana yurdum Kəlbəcərim!” 

Haqqı haqlı söyləyənlər heç bir zaman qorxmaz qəti
Misralarım öz çəkdi hər baxışı hər diqqəti.
Heç bir şair mənim qədər sənə azadlıq demədi
Mən şeirimlə qana getdim qana durdum Kəlbəcərim
Azadlıqın Mübarəkdi anayyurdum Kəlbəcərim.

Xəyalımla o dağlara elə çıxdım belə düşdüm
Yandım yandım közə döndüm külə düşdüm
Qarabağı tələb edən şair kimi dilə düşdüm
Hər ürəkdə hər könüldə yuvaqurdum kəlbəcərim
Azadlıqın mübarəkdi ana yurdum Kəlbəcərim.

Bu döyüşdən danışdılar amerkada, uzaq çində
Vətən boyda ürək varmış hər əsgərin sinəsində
Şuşanı süngüynən alan igidlərin sayəsində
Çiynimdən həsrət şələsin yerə virdum Kəlbəcərim
Azadlıqın Mübarəkdi ana yurdum kəlbəcəri.

Səxavət çatdı məqsədə damla – damla,  xana- xana
Sözün qılınc olduğunu inanmıram kimsə dana
Hər gün yeni şeir yazdımo ali baş komandana
Geəlıri sənli yatdım sənlidurdum Kəlbəcərim
Azadlıqın mübarəkdi ana yurdum Kəlbəcərim.

Taryel ibrahimli

Dünyanınsəsi.Az