Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 178-ci maddəsi ilə ittiham olunan iş adamı Pərviz Hacıyevin işi üzrə proses başlayıb.
Prosesin hazırlıq iclasında hakim Azad Məcidov dövlət ittihamçısının mövqeyini nəzərə almadan Pərviz Hacıyev barəsində həbs qərarı seçib. Halbuki, istintaq dövründə müstəntiqin çağrışlarına zamanında gələn iş adamı barəsində istintaq bu tələbdə bulunmamışdı. Ona qarşı ittihamın qurama olduğunu iddia edən Pərviz Hacıyev prosesin ilk iclasında həbs qərarını da sifarişli adlandırıb. Qeyd edək ki, Hacıyev Pərviz Aləm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilib. Məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, Hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə keçirilib.