Azərbaycanlı Ukrayna vətəndaşını avtomobili ilə sürüyüb.
TCH kanalının verdiyi xəbərə görə, Vinnitsa şəhərində “Land Rover”i idarə edən 29 yaşlı azərbaycanlı “Lanos” markalı avtomobili vuraraq qaçmaq istəyib.
Bu vaxt başqa bir sürücü əlini avtomobilin pəncərəsindən içəri salaraq ona mane olmaq istəyib.
Həmin şəxsin dediyinə görə, azərbaycanlı bu zaman şüşəni qaldıraraq qaza basıb.
Adamın əli pəncərədən asılı halda bir kilometr yol gedəndən sonra qəfil əyləcə basaraq avtomobili saxlayıb.
Özünü hadisə yerinə yetirən polis “girovu” xilas edib.
Hadisəni törədən azərbaycanlı isə saxlanılıb.