Azərbaycanlı məktəbli Yunanıstanda şahmat turnirinin qalibi oldu – FOTOLAR

Əsas Manşet HADİSƏ
Spread the love

Yunanıstanın Rodos adasında şahmat üzrə 7 yaşlı qızlar arasında Dünya çempionatı keçirilib.

Dunyaninsesi.Az  bildirir ki, turnirdə Mingəçevir şəhər şahmat məktəbinin yetirməsi Əhmədli Mehriban Elmar qızı 2-ci yeri qazanıb.

2015 ci ildə anadan olan Mehriban Mingəçevir şəhərində 3 nömrəli məktəbdə 1-ci sinifdə oxuyur.

7 yaşlı qızlar arasında Azərbaycan 1-cisi olub, 2021 ci ilin dekabr ayı Gəncə şəhərində keçirilən Heydər Əliyevin 96 iliyinə həsr edilmiş şahmat yarışında regionda 1-ci yer tutub.
Mehriban, həmçinin Bakı şəhərində həmin yarışın davamı 2022-ci ilin yanvar ayında keçirilən yarışda da Azərbaycan 1-cisi olaraq, 7 yaşlı qızlar arasında Dünya çempionatına vəsiqə qazanmışdır.

Qeyd edək ki, yarışı Azərbaycanda Təhsil Nazirliyi keçirmişdir.

Mehribanın ailəsi onun şahmat müəlliməsi Sənubər müəllimədən və məktəbinin direktoru Eyyub müəllimdən razılığını ifadə edib.