Azərbaycanla bağlı adı hallanan konqresmen seçicilərinə müraciət edib

DÜNYA Manşet
Spread the love

ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü Henri Kuellar seçicilərə Federal Təhqiqat Bürosunun (FBI) onun barəsində apardığı təhqiqatla bağlı müraciət edib.

Kuellar ona dəstək olan seçicilərinə və icma üzvlərinə təşəkkürünü bildirib.

Kuellar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini və təhqiqat nəticəsində onun heç bir qanun pozuntusu etmədiyinin üzə çıxacağını deyib.

“Ötən həftə də dediyim kimi, mən ədalət və qanunun təmin olunmasına sadiq olan hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edirəm. Hazırda mənin tərəfimdən heç bir qanun pozuntusunun olmadığını göstərəcək təhqiqat aparılır,” o deyib.

Azərbaycanla bağlı adı hallanan konqresmen seçicilərinə müraciət edib.

Konqresmen yenidən namizədliyini irəli sürəcəyini və qalib gələcəyinə inandığını bildirib.

“Mən, həmişə olduğu kimi, Texasın konqres dairəsini təmsil etməkdə davam edəcəyəm. Sizi Konqresdə təmsil etmək həyatımın şərəfidir,” Henri Kuellar bildirib.

Federal Təhqiqat Bürosu (FBI) ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü Henri Kuelların Texas ştatındakı evində və kampaniya ofisində reydlər keçirib.

Bu barədə ABŞ mediasında məlumatlar yayılıb.

Rəsmi mənbələrə istinad olunan məlumatlara görə reydlər ABŞ biznesmenlərinin Azərbaycanla əlaqələrinin araşdırılmasından qaynaqlanır.

Enrik Roberto “Henri” Kuellar 2005-ci ildən bəri Texasın 28-ci Konqres dairəsini təmsil edir.