Azərbaycanın Su-25 hücum təyyarəsi Qarabağda 58 düşmən hədəfini vurub

Əsas Manşet QARABAĞ
Spread the love

Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini-2021” hərbi təlimlərinə qatılan Su-25 hücum təyyarəsinin fyuzelyajındakı 58 ulduz işarəsi sosial şəbəkə istifadəçilərinin və aviasiya üzrə ekspertlərin diqqətini cəlb edib. Belə ki, aviasiya ənənələrinə görə, hərbi pilotun döyüşdə vurduğu hədəflərin sayı qədər ulduz işarələri onun idarə etdiyi təyyarənin fyuzelyajına həkk olunur. İndiki halda bu hücum təyyarəsinin üzərindəki 58 ulduz işarəsi 44 günlük Qarabağ müharibəsi zamanı vurulan 58 düşmən hədəfi deməkdir.

 

Bu fakta avia.pro saytı da diqqəti cəlb edir. Və qeyd edir ki, mənbələr həmin Su-25 hücum təyyarəsinin ötən ilin payızında Qarabağda döyüş əməliyyatlarında iştirak etdiyini və erməni qüvvələrinin mövqelərinə, müxtəlif hədəflərə zərbə endirdiyini bildirir.

Azərbaycan bu müharibədə pilotlu aviasiyadan geniş miqyasda istifadə etməsə də hərbi əməliyyatların gedişində Su-25 hücum təyyarələri düşmənin möhkəmləndirilmiş atəş nöqtэlərinə, beton bunkerlərinə, hava hücumundan müdafiə qüvvələrinin mövqe rayonlarına və canlı qüvvənin, texnikanın cəmləşmə rayonlarına əsasən lazerlə hədəfə yönləndirilən bombalarla zərbələr endirib. Azərbaycan Müdafiə Nazirliyinin həmin günlərdə yaydığı videokadrlarda bu zərbələr əks olunurdu.

 

“TurAz Şahini-2021” Azərbaycan-Türkiyə birgə təlimlərində üzərində çoxsaylı ulduz işarələri olan daha bir hücum təyyarəsi görünüb, amma onun üzərindəki ulduzların sayı nisbətən azdır-38 ulduz, yəni 38 vurulmuş hədəf.

Xatırladaq ki, Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini” birgə təlimləri hər il keçirilir, bu təlimlərdə  türkiyəli və azərbaycanlı pilotlar qarşılıqlı təcrübə mübadiləsi həyata keçirməklə yanaşı birgə hava əməliyyatlarının planlaşdırılmasını və tətbiqini də